Az | EN

Apple X-də birbaşa mesaj vasitəsilə dəstək xidmətini dayandırıb

Səbinə Eyvazova
03 Oktyabr 2023 15:24
245 baxış
Apple X-də birbaşa mesaj vasitəsilə dəstək xidmətini dayandırıb

2016-cı ildən etibarən X-də birbaşa mesaj vasitəsilə dəstək verən Apple oktyabrın 1-dən etibarən bu xidməti dayandırıb.

Apple X-də birbaşa mesaj vasitəsilə istifadəçilərinə texniki yardım göstərməyi dayandırıb. 
Oktyabrın 1-dən etibarən Apple-ın rəsmi X hesabına (@AppleSupport) birbaşa mesaj göndərən insanlar şirkətin veb-saytında və Apple Support proqramında dəstək səhifəsinə keçidlə avtomatik cavab almağa başlayıblar. 

Bildirilib ki, Apple YouTube-dakı Dəstək kanalında faydalı məsləhətlər, fəndlər və məlumatları paylaşmağa davam edəcək. 

© copyright 2022 | tech.az | info@tech.az