Apple-ın yeni 12,9 düymlük iPad Air modeli üçün ekran panellərinin tədarükünə başlanıldığı məlum olub. Display Supply Chain Consultants (DSCC) şirkətinin baş direktoru Ross Young Twitter-dəki paylaşımında “12,9 düymlük iPad Air panellərinin tədarükü dekabr ayında başladı...” ifadəsini qeyd edib.
Əvvəlki məlumatlara görə Apple-ın mart ayında yeni iPad Air modellərini və iPad Pro modellərini təqdim edəcəyi gözlənilir. Bu modellərə 11 və 13 düymlük iPad Pro və 10,9 və 12,9 düymlük iPad Air modellərinin daxil olacağı gözlənilir. Yeni iPad Air modeli standart iPad-dən əhəmiyyətli dərəcədə təkmilləşəcək və iki fərqli ekran variantı və M2 prosessoru ilə təchiz olunacaq. M2 prosessoru birnüvəli performansda 11,5 faiz, çoxnüvəli performansda isə 19,4 faiz artımla M1-dən daha yüksək performansa malik olacaq.
Yeni iPad Air sələfindən daha yaxşı performans və ekran xüsusiyyətləri təqdim edəcək. Bununla belə, OLED ekranı, bir qədər böyük ekran ölçüsü və M3 prosessoru kimi xüsusiyyətləri ilə yeni iPad Pro modellərini fərqləndirən xüsusiyyətlərə malik olmayacaq.