Az | EN

Atatürkün şəxsi əşyaları bu gün Metaverse-də NFT olaraq yayımlanacaq

Bənövşə Kazımova
nft
19 May 2022 13:30
187 baxış
Atatürkün şəxsi əşyaları bu gün Metaverse-də NFT olaraq yayımlanacaq

Yapı Kredi Atatürkün gələcək nəsillər üçün saxladığı şəxsi əşyalar kolleksiyasını NFT olaraq bu gün Metaverse-də sərgiləməyə başlayacaq.

Atatürkün medalları, kəhrəba təsbeh, taxta çubuq, qrammofon və Atatürkün anası Zübeyde Xanımın eynək çərçivəsi kimi çox nadir əşyaların NFT kimi göründüyü bu xüsusi kolleksiya üçün Yapı Kredi Metaverse-də açdığı üç mərtəbəli binanın ilk mərtəbəsini muzeyə çevirib.  Əldə olunan məlumatlara görə, Atatürkün bir çox şəxsi əşyalarının NFT versiyalarını bir araya gətirən sərgini blokçeyn əsaslı metaverse platforması Decentraland üzərində -112, -43 koordinatlarında yerləşəcək Yapı Kredi binasında ziyarət etmək mümkün olacaq.

Qeyd edək ki, sərgini ziyarət etmək üçün rəqəmsal pul kisəsi yaratmadan  https://play.decentraland.org saytındakı “Qonaq olaraq davam et” seçiminə klikləməklə, Atatürkün əşyalarından ibarət NFT Kolleksiyası qonağı kimi metaverse dünyasına daxil ola bilərsiniz.

 

© copyright 2022 | tech.az | info@tech.az