Az | EN

Bentley NFT layihəsini təqdim edib

Bənövşə Kazımova
nft
25 İyun 2022 13:30
217 baxış
Bentley NFT layihəsini təqdim edib

Son zamanlar NFT və metaverse sektoru bir çox şirkətlərin diqqətini çəkir. Buna görə də bu sektorlara daxil olan şirkətlərin sayı gündən-günə artmaqda davam edir. Həmçinin, şirkətlər bu sahədə öz məhsullar hazırlayıb təqdim edirlər. Məlumatlara görə, Britaniya avtomobil şirkəti Bentley Motors şirkəti də NFT sektoruna daxil olub və  208 məhsuldan ibarət NFT kolleksiyasını təqdim edib.

Bentley Motors-un NFT layihəsinin Bentley Design tərəfindən yaradılmış unikal sənət əsəri olacağı  gözlənilir. Şirkət həmçinin bu addımı üçün Polygon ilə əməkdaşlıq etməyə başlayıb. Bundan əlavə, şirkət NFT kolleksiyasının sentyabr ayında satışa çıxarılacağını bildirib.

© copyright 2022 | tech.az | info@tech.az