Az | EN

Binance və Ronaldo NFT sektorunda əməkdaşlıq edəcək

Bənövşə Kazımova
nft
24 İyun 2022 13:30
174 baxış
Binance və Ronaldo NFT sektorunda əməkdaşlıq edəcək

Binance fərqli bir sahəyə investisiya ayırdığını  və sosial media hesablarında Cristiano Ronaldo ilə NFT sektorunda əməkdaşlığa başladıqları barədə açıqlama verib.

Ronaldo isə bu mövzu ilə bağlı açıqlamasında NFT dünyasını fərqli aspektə daşıyacaqlarını və futbolu növbəti səviyyəyə qaldıracaqlarını bildirib.

Şirkət tərəfindən verilən açıqlamada  Ronaldo ilə  çoxillik NFT əməkdaşlığına  başladıqları qeyd olunub. Həmçinin idman tarixində sənət əsərə sahib olmaq və CR7-nin Web3 icmasına qoşulmaq fürsəti yarandığı bildirilib. Bu paylaşımlardan sonra platforma məşhur futbolçu ilə ortaqlıq nəticəsində NFT kolleksiyalarının hazırlanacağını və bu ilin sonuna qədər yalnız öz bazarında sərgilənərək satılacağını bildirib. 

© copyright 2022 | tech.az | info@tech.az