Az | EN

Caviar Apple Vision Pro-nun lüks versiyasını təqdim edib

Nail Valiyev
30 İyun 2023 15:40
302 baxış
Caviar Apple Vision Pro-nun lüks versiyasını təqdim edib

Caviar məşhur məhsulların fərdiləşdirilmiş versiyalarını hazırlamaq və onları böyük qiymət etiketləri ilə eksklüziv lüks əşyalara çevirməklə tanınır. Rəsmi açıqlamaya görə Caviar-ın Vision Pro versiyası Tom Fordun açılıb bağlanan eynəklərindən və Gucci xizək maskalarından ilhamlanaraq hazırlanıb. 

Caviar tərəfindən təqdim edilən Apple Vision Pro-nun bu versiyası 18 karatlıq qızıldan hazırlanıb. Ekranı açmaq üçün saf qızıldan hazırlanan göz qapağını çıxarmaq lazımdır. Bu baxımdan məhsul Tom Fordun açılıb bağlana bilən eynəklərinə bənzədilir.

Bundan əlavə, arxadan kəsişən baş bandı Connolly dərisindən istifadə edir. Hansı ki bu dəri Caviarın "zərif, lakin davamlılığı məşhurdur" sözlərini qeyd etdiyi məhsuldur.

Britaniya Crown Məhkəməsinə və lüks avtomobil istehsalçısı Rolls-Royce-a tədarük edilən bu dəri ilə şirkət cihazı  "VR-də Rolls Royce təcrübəsi" kimi adlandırır.

Apple Vision Pro-nun Caviar versiyası 2024-cü ilin payızına qədər satışda olacaq. Məhsuldan yalnız 24 ədəd istehsal olunacaq. Cihazın qiymətinin isə 40 min dollar olacağı qeyd olunub.

© copyright 2022 | tech.az | info@tech.az