Az | EN

Crystal Palace futbol komandası NFT dünyasına addım atıb

Bənövşə Kazımova
nft
04 İyul 2022 13:30
212 baxış
Crystal Palace futbol komandası NFT dünyasına addım atıb

İngiltərə Premyer Liqa komandalarından biri olan Crystal Palace NFT və metaverse ilə bağlı ticarət nişanı üçün müraciət edib.

Crystal Palace ABŞ Patent və Ticarət Nişanları İdarəsinə (USPTO) ticarət nişanı üçün ərizə ilə müraciət edib. Bu barədə xəbəri lisenziyalı metaverse ticarət nişanı vəkili Michael Kondoudis öz Twitter hesabında paylaşıb. 

Michael Kondoudis ərizə ilə bağlı açıqlamasında əsas diqqətin NFT, kriptovalyuta, rəqəmsal kolleksiya, virtual ayaqqabı, geyim, idman malları, və birjalara yönələcəyini bildirib.

Bununla belə, Crystal Palace-ın layihələrinin tam olaraq nə ilə bağlı olduğu hələlik məlum deyil.

© copyright 2022 | tech.az | info@tech.az