Az | EN

Dünyada NFT alışı kəskin azalıb

Bənövşə Kazımova
nft
27 Dekabr 2022 15:42
198 baxış
Dünyada NFT alışı kəskin azalıb

“Financial Times” qəzeti blokçeyn platforması “Chainalysis”in məlumatlarına istinadən yazır ki, NFT alışı üzrə aylıq xərclər noyabr ayında 87%-dən çox azalaraq 442 milyon dollara düşüb.

Bundan əlavə, qəzetin sitat gətirdiyi “Nansen” tədqiqat qrupuna görə, aktiv NFT alıcılarının və satıcılarının sayı bu ilin yanvarında əldə edilən zirvələrlə müqayisədə üçdə birdən çox azalıb. Həmçinin, “Ethereum” blokçeynində yeni tokenlərin sayı demək olar ki, 60% düşüb. tech.az bu barədə banker.az-istinadən xəbər verir.

Bəzi analitiklərin fikrincə, NFT-nin yaradıcıları rəqəmsal şəkillərin satışından kənar uğurlu biznes qura bilməyəcəklər. 

© copyright 2022 | tech.az | info@tech.az