Az | EN

eBay məşhur NFT bazarı olan KnownOrigin-ı satın alıb

Bənövşə Kazımova
nft
23 İyun 2022 13:30
191 baxış
eBay məşhur NFT bazarı olan KnownOrigin-ı satın alıb

E-ticarət sektorunun ən köklü şirkətləri arasında yer alan eBay NFT sektoruna daxil olub. Məlumatlara görə, şirkət məşhur NFT bazarı KnownOrigin-ı satın alıb.

Bildirilir ki, eBay və KnownOrigin arasında bağlanan alqı-satqı müqaviləsinin maliyyə detalları ilə bağlı heç bir məlumat paylaşılmayıb, amma yaxın zamanda bu məlumatların açıqlanması gözlənilir. 2018-ci ildə İngiltərədə Andi Qrey, David Moore və Ceyms Morgan tərəfindən qurulan KnownOrigin istifadəçilərinə NFT-lərin nümayiş etdirilməsinə və satılmasına imkan verən platforma təklif edir.

Həmçinin ötən illərdə NFT-lərin yüksəlişi ilə əhəmiyyətli bir artım yaşayan KnownOrigin bu günə qədər 3,5 milyon funt sterlinq investisiya alıb.

© copyright 2022 | tech.az | info@tech.az