Az | EN

eBay NFT və metaverse ilə bağlı əmtəə nişanı üçün müraciət edib

Bənövşə Kazımova
nft
30 İyun 2022 13:30
254 baxış
eBay NFT və metaverse ilə bağlı əmtəə nişanı üçün müraciət edib

Bu yaxınlarda KnownOrigin NFT bazarını satın aldığını elan edən eBay indi NFT və metaverse ilə bağlı əmtəə nişanı əldə etmək üçün müraciət edib. Şirkət real və virtual məhsulların olduğu onlayn mağaza üçün müraciət etdiyini açıqlayıb.

Məlumatlara görə, bu məqsədlə eBay 3 NFT və metaverse yönümlü əmtəə nişanı ərizəsi ünvanlayıb. Daha ətraflı desək, eBay son günlər atdığı yeni addımlarla artıq metaverse dünyası ilə ayaqlaşmağa çalışır. Şirkət NFT və metaverse dünyasını əhatə edən onlayn e-ticarət mağazası açmaq üçün Birləşmiş Ştatların Patent və Ticarət Nişanları Ofisinə (USPTO) müraciət edib.

Mövzu ilə bağlı Twitter hesabından açıqlama verən məşhur hüquqşünas Michael Kondoudis eBay-in istifadəçilərin rəqəmsal varlıqlarla qarşılıqlı əlaqə qurmasına imkan verən interaktiv veb sayt kimi məhsullar təqdim etməyi hədəflədiyini bildirib.

© copyright 2022 | tech.az | info@tech.az