Az | EN

Eminem Snup Doq ilə metaverse-də konsert verəcək

Bənövşə Kazımova
27 Avqust 2022 15:42
438 baxış
Eminem Snup Doq ilə metaverse-də konsert verəcək

Bazar günü keçiriləcək MTV Music Awards tədbirində maraqlı ifaların olacağı məlum olub. Belə ki, 20 ildən sonra ilk dəfə görüşən Eminem və Snup Doq Yuga Labs-in Otherside metaverse platformasında çıxış edəcəklər.

1984-cü ildən bəri təşkil edilən MTV Musiqi Awards-da Eminem və Snup Doq "From The D 2 The LBC" mahnısı ilə Ən Yaxşı Hip Hop kateqoriyasında yarışacaq. Uzun illərdən sonra ilk dəfə bir araya gələn ikili metaverse dünyasında ifalarını sərgiləyə biləcək.

Konsertdə bu metaverse platformasının ilk 4000 istifadəçisi və yalnız Otherdeeds adlı NFT kolleksiyalarının sahibləri iştirak edə bilər.

© copyright 2022 | tech.az | info@tech.az