Az | EN

FIFA bu ay NFT kolleksiyasını təqdim edəcək

Bənövşə Kazımova
nft
03 Sentyabr 2022 13:41
255 baxış
FIFA bu ay NFT kolleksiyasını təqdim edəcək

Futbolda yeni texnologiyalardan istifadə üçün mühüm addımlar atan Beynəlxalq Futbol Federasiyası (FIFA) ötən aylarda blokçeyn texnologiya şirkəti Algorand ilə sponsorluq müqaviləsi imzalayıb. Bu müqavilənin ilk addımı olaraq FIFA Algorand blokçeynində NFT kolleksiyasının təqdim edəcəyini açıqlayıb.

Əməkdaşlıq çərçivəsində Algorand FIFA-ya rəqəmsal pul kisəsi yaratmağa və blokçeyn əsaslı digər layihələri işə salmağa kömək edəcək. Futbol azarkeşlərinin səbirsizliklə gözlədiyi 2022-ci il Dünya Çempionatı üçün olan bu xüsusi NFT kolleksiyasında turnir tarixi ərzində vurulmuş ən yaxşı qollar, ən yaxşı seyvlər və maraqlı qol qeydləri təqdim olunacaq.

FIFA+ Collect adlanan NFT kolleksiyasının bu ay təqdim olunacağı gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az