Finteklər maliyyə xidmətlərini təkmilləşdirmək üçün texnologiya və innovasiyaların tətbiq edən startaplardır. Bu startaplar banklardan fərqli olaraq hər hansısa bir maliyyə istiqamətində dəqiq innovativ həll təqdim edirlər.
Finteklərin məqsədi prosesləri sadələşdirmək, şəffaflığı artırmaq, xərcləri azaltmaq və həm biznes, həm də istehlakçılar üçün təkmilləşdirilmiş istifadəçi təcrübəsi təklif etməkdir.
Bu innovasiyalara mobil bankçılıq proqramları, rəqəmsal ödəniş sistemləri, kraudfundinq platformaları, blokçeyn əsaslı kriptovalyutalar və onlayn sığorta bazarları daxildir.
Finteklər ənənəvi maliyyə xidmətlərində inqilab etmək potensialına görə son illərdə əhəmiyyətli populyarlıq qazanmışdır. Bu startaplar süni intellekt, maşın öyrənməsi, böyük dataların analitikası və blokçeyn kimi qabaqcıl texnologiyalardan istifadə etməklə maliyyə ekosistemini yenidən formalaşdırır və ənənəvi bank institutlarına meydan oxuyurlar.
Maliyyə xidmətlərinə çıxışın təkmilləşdirilməsi, artan rahatlıq, daha sürətli əməliyyatlar, aşağı xərclər, fərdiləşdirilmiş təkliflər Finteklərin əsas üstünlükləridir.
Azərbaycanda da son illər dünyada olduğu kimi Fintek startaplar uğur qazanırlar. PayRiff, Epoint Azərbaycanın uğurlu fintek startaplarıdır.