Az | EN

Ford NFT və metaverse ilə bağlı əmtəə nişanı almaq üçün müraciət edib

Bənövşə Kazımova
10 Sentyabr 2022 13:14
326 baxış
Ford NFT və metaverse ilə bağlı əmtəə nişanı almaq üçün müraciət edib

Nike və Adidas kimi geyim şirkətləri NFT məhsulları ilə böyük gəlirlər əldə edirlər. Ancaq son zamanlarda avtomobil şirkətləri də bu sektora addımlar atır. Amerika Birləşmiş Ştatları Patent və Ticarət Nişanları Ofisinin (USPTO) vəkili Mayk Kondoudis tərəfindən paylaşılan sənədlərə görə, Ford əmtəə nişanı almaq üçün ərizə ilə müraciət edib.

Bu ərizələr şirkətin virtual avtomobilləri, yük maşınları, pikaplar, elektrikli avtomobilləri və geyimləri ilə bağlıdır. Bundan əlavə, şirkət NFT-lər üçün təklif olunan onlayn bazar üçün də müraciət edib.

Həmçinin Ford AR və VR texnologiyaları ilə gələcək yarmarkalar üçün xüsusi proqram təminatı da hazırlayır. Bu proqramlar arasında istifadəçilərin istəyinə uyğun olaraq yüklənə bilən virtual məhsullar da mövcuddur.

© copyright 2022 | tech.az | info@tech.az