Az | EN

https://tech.az/detailed/news=babydoge-un-nft-kolleksiyasini-teqdim-etdi-334

Bənövşə Kazımova
nft
25 Aprel 2022 13:30
170 baxış
https://tech.az/detailed/news=babydoge-un-nft-kolleksiyasini-teqdim-etdi-334

Dogecoin və Shiba Inu-ya rəqib olan BabyDoge-un NFT kolleksiyasını təqdim edib. Son günlərdə bir çox şirkət öz NFT-lərini işə salarkən, kripto pul vasitələri də bu sahədə addımlar atmağa davam edir. Xatırladaq ki, məşhur NFT kolleksiyası Bored Ape Yacht Club bu yaxınlarda öz kriptovalyutası ApeCoin-i (APE) elan etmiş və NFT sektoruna atılmışdı. Bu dəfə isə BaybyDoge üçün bu baş verdi. Təxminən 380 milyon dollar bazar dəyəri olan BaybyDoge ilk olaraq siyahıya alınmış istifadəçilər üçün xüsusi NFT çapı həyata keçirdi və hər bir istifadəçiyə maksimum 3 BabyDoge NFT çap etməyə icazə verildi. Toplam 10.000 NFT, kolleksiya gözlər, papaqlar, geyimlər və daha çox daxil olmaqla, 200 müxtəlif kontentdən ibarətdir. Nəhayət, qeyd edək ki, kolleksiya Ethereum Blockchain şəbəkəsində ERC-721 olaraq hazırlanıb və IPFS vasitəsilə saxlanılır.

© copyright 2022 | tech.az | info@tech.az