Az | EN

Hyundai müştəriləri üçün NFT bazarı və kriptovalyuta pul kisəsi xidməti təqdim edəcək

Səbinə Eyvazova
nft
09 İyun 2022 13:30
231 baxış
Hyundai müştəriləri üçün NFT bazarı və kriptovalyuta pul kisəsi xidməti təqdim edəcək

Bu dəfə Cənubi Koreyanın avtomobil şirkəti Hyundai-ın bir qolu olan Hyundai Card-dan maraqlı təşəbbüs gəlib.

Hyundai Cənubi Koreyadakı müştəriləri üçün NFT bazarı və kriptovalyuta pul kisəsi xidməti təklif edəcəyini açıqlayıb. Belə ki, Hyundai Card NFT bazarını işə salmaq üçün Cənubi Koreyanın texnologiya startapı Like Lion ilə artıq əməkdaşlıq etməyə də başlayıb. Bu barədə isə Hyundai Card-ın rəsmi Tvitter hesabında məlumat verilib.

Xatırladaq ki, Hyundai Motorun NFT sektorunda ilk addımı deyil. Şirkət bu ilin aprel ayında OpenSea-da məhdud sayda MetaKongz adlı NFT kolleksiyasını, həmçinin bununla məhdudlaşmayan Hyundai Motor Company may ayında da NFT kolleksiyasını zaman və məkandan kənara çıxa biləcəyi konseptual kainat olan Metamobility mövzusu altında təqdim etmişdi.

© copyright 2022 | tech.az | info@tech.az