Az | EN

Instagram çoxdan gözlənilən NFT addımını atır

Səbinə Eyvazova
nft
10 May 2022 13:30
202 baxış
Instagram çoxdan gözlənilən NFT addımını atır

Instagram-ın təsisçisi və CEO-su Adam Mosseri sosial media hesablarında etdiyi paylaşımda sınaqların bu həftə başlayacağını bildirib. O, uzun müddətdir ki, Instagram tətbiqində NFT paylaşımı üzərində işlədiklərini söyləyib. Mövzu ilə bağlı açıqlamasında Adam Mosseri Instagram-da NFT-ləri paylaşa bilən bir neçə amerikalı kontent yaradıcıları ilə rəqəmsal kolleksiyaları sınaqdan keçirməyə başladıqlarını bildirib. Instaqram-da rəqəmsal kolleksiyanın yerləşdirilməsi və ya paylaşılması üçün heç bir ödəniş olmayacağını da əlavə edib. Qeyd edək ki, Instagram-ın NFT-də belə bir addım atacağı proqnozlaşdırılırdı. Çünki Meta-ya aid olan şirkətlər kripto və NFT-yə dəstək verdiklərini açıqlamışdılar.

© copyright 2022 | tech.az | info@tech.az