Az | EN

Instagram-dan sonra Facebook da NFT dəstəyini sınaqdan keçirməyə başlayıb

Səbinə Eyvazova
nft
01 İyul 2022 13:30
179 baxış
Instagram-dan sonra Facebook da NFT dəstəyini sınaqdan keçirməyə başlayıb

Instagram-dan sonra Facebook da NFT dəstəyini sınaqdan keçirməyə başlayıb. Eyni şəkildə Facebook-un da NFT yönümlü funksiyalar üzərində işlədiyi uzun müddətdir danışılırdı. Meta Facebook-da seçilmiş yaradıcılara rəqəmsal kolleksiyalar üçün dəstək açdı.

Hazırda ABŞ-da yalnız məhdud sayda yaradıcılar üçün əlçatan olan funksiya məzmun yaradıcılarına öz rəqəmsal kolleksiyalarını Facebook-da paylaşmağa imkan verəcək. Yaradıcılar öz NFT-lərini profillərində yeni tab altında nümayiş etdirə biləcəklər, paylaşılan əsərlər isə rəqəmsal kolleksiya etiketini əldə edəcək.

Meta-nın məhsul meneceri Navdeep Singh tərəfindən paylaşılan şəkillərdə görünür ki, zaman tunelində NFT-ləri paylaşmaq mümkün olacaq. Həmçinin NFT-lərə klikkədiyimiz zaman əsərin, kolleksiyanın və rəssamın təfərrüatlarını araşdıra biləcəyik.
  
Bildirək ki, Meta Facebook-un hansı blokçeynləri dəstəklədiyini hələlik rəsmi açıqlamayıb.

© copyright 2022 | tech.az | info@tech.az