Az | EN

Instagram NFT funksiyasını əlçatan edir

Bənövşə Kazımova
nft
04 Noyabr 2022 11:29
265 baxış
Instagram NFT funksiyasını əlçatan edir

Instagram NFT funksiyasını tezliklə istifadəçilər üçün əlçatan edəcək.

Bildirilir k, Meta şirkəti tezliklə bəzi NFT yaradıcılarına birbaşa Instagram-da NFT yaratmağa və satmağa imkan verəcək. Meta 2024-cü ilə qədər NFT satışlarından komissiya almayacaq.  

Sosial şəbəkənin verdiyi məlumata görə, onun ilk partnyoru “Polygon” olacaq. İstifadəçilər NFT-ni birbaşa “Instagram”dan ala biləcəklər, buna görə yuxarıda da qeyd etdiyimiz kimi, heç bir komissiya tutulmayacaq. Bununla belə, tətbiq mağazası rüsumlarına görə satış qiymətlərində 30 faiz endirim olacaq. Bu yeni funksiya əvvəlcə ABŞ-da kiçik bir istifadəçi qrupu üçün əlçatan olacaq. Bununla belə, Meta qarşıdakı dövrdə xüsusiyyətin əhatə dairəsini genişləndirməyi planlaşdırır.

Həmçinin NFT haqqında bütün məlumatlar da həmçinin tətbiqdə görünəcək. Onu da əlavə edək ki, Instagram  NFT ilə bağlı funksiya üzərində 2021-ci ilin iyulunda işləməyə başlayıb

© copyright 2022 | tech.az | info@tech.az