Az | EN

iOS 17.2-nin İlk Beta Versiyası buraxılıb

Cəmil Hüseynzadə
27 Oktyabr 2023 14:33
417 baxış
iOS 17.2-nin İlk Beta Versiyası buraxılıb

Apple iOS 17.2-nin ilk beta versiyasını buraxıb. Beləliklə, yeni versiya ilə mövcud olacaq yeni xüsusiyyətlər bəlli olub.

iOS 17.2 ilə mövcud olacaq yeni funksiyalar:

iOS 17.2-də ən böyük yeniliklərdən biri də rəqəmsal gündəlik kimi istifadə ediləcək "Journal" tətbiqi olacaq. İstifadəçi həmçinin bu tətbiqdə fotolar, səs yazıları və məkan məlumatlarından istifadə edə biləcək.

Apple-ın qarşıdan gələn yeniləməsi iMessage-a əhəmiyyətli yeniliklər gətirəcək. Kiberhücum riski altında olduqlarını düşünən istifadəçilər doğrulama xüsusiyyəti sayəsində danışdıqları şəxsin həqiqətən də danışdıqları şəxs olub-olmadığını anlaya biləcəklər. Bundan əlavə, iMessage-ın cavab funksiyası indi stikerlər üçün də istifadə edilə bilər.

Apple Music paylaşılan pleylistlər yaratmağa imkan verəcək
iOS 17.2 Apple Music üçün təsir edici xüsusiyyətə sahib olacaq. Bu funksiya sayəsində istifadəçilər birgə pleylistlər yarada biləcəklər.

iPhone 15 Pro və iPhone 15 Pro Max-da fəaliyyət düyməsi indi tərcümə funksiyasını da dəstəkləyəcək. Bu yolla istifadəçinin tərcümə təcrübəsi təkmilləşdiriləcək.

Apple iOS 17.2-də Apple TV tətbiqinin dizaynını yeniləyəcək. Bildirilib ki, fərdi tablar silinəcək.

Apple-ın bir müddətdir istifadə edilən "Fövqəladə xəbərdarlıqlar" funksiyası iOS 17.2-də təkmilləşdiriləcək. Apple indi yerini dəqiq müəyyənləşdirmə xüsusiyyəti ilə xidmətin daha yaxşı işləməsini təmin edəcək. 

iOS 17.2 hava xidməti üçün yenilənmiş vidjetləri təqdim edib. Həmçinin, Apple iOS 17.2-də yeni rəqəmsal saat vidceti də yaradıb. 

iOS 17.2 Memoji tətbiqini də təkmilləşdirəcək. İstifadəçilər bel, sinə, qol və çiyinlərini fərdiləşdirə biləcəklər.

© copyright 2022 | tech.az | info@tech.az