Az | EN

iOS 17 yeniləməsi ilə WiFi problemləri yaranıb

Nail Valiyev
10 Oktyabr 2023 16:25
573 baxış
iOS 17 yeniləməsi ilə WiFi problemləri yaranıb

Apple-ın yeni iOS 17 yeniləməsi bəzi istifadəçilərdə WiFi problemlərinə səbəb olur. Yeniləməni edən istifadəçilər Wi-Fi bağlantısının ya kəsildiyini, ya da çox yavaş olduğunu bildirirlər. Cihaz WiFi şəbəkəsinə bağlı qalır, lakin internet bağlantısı kəsilmiş kimi heç bir məlumat ötürmür. Bir istifadəçi iddia edir ki, Wi-Fi kanal aralığının 20 MHz, 40 MHz və ya 80 MHz-ə təyin edilməsi problemləri həll edə bilib. Başqa bir istifadəçi bildirir ki, iPhone-da təyyarə rejimini aktivləşdirib yenidən söndürəndə problem həll olunur.

Bu problemin xüsusilə iPhone XS və yuxarı modellərdə görülən ümumi bir vəziyyət olub-olmadığı hələ aydın deyil. Ancaq məlumdur ki, bəzi istifadəçilər bu problemlə üzləşirlər və bu barədə müxtəlif forumlarda paylaşırlar. Apple bu problemlə bağlı hələ rəsmi açıqlama verməyib. 

© copyright 2022 | tech.az | info@tech.az