Az | EN

iOS 18 Apple-ın indiyə qədərki ən iddialı versiyası olacaq

Səbinə Eyvazova
13 Noyabr 2023 10:58
346 baxış
iOS 18 Apple-ın indiyə qədərki ən iddialı versiyası olacaq

Apple iOS 18-i indiyə qədərki ən iddialı versiyaya çevirmək üçün hazırlıqlara başlayıb.

Apple sentyabr ayında yayımlanan iOS 17 yeniləməsindən sonra aşkar edilən müxtəlif səhvlər səbəbiylə növbəti versiya olan iOS 18-in hazırlanmasını müvəqqəti dayandırmışdı. Amma bu fasiləyə baxmayaraq, Apple iOS 18 üçün yeniləmə üzərində işləməyə başlayıb. 

Məşhur Apple analitiki Mark Qurman bildirib ki, Apple iOS 18 üçün "iddialı və maraqlı" dizayn dəyişikliyi planlaşdırır. iOS 18-də uzun müddətdir mövcud olan dizayn xəttindən kənara çıxan əhəmiyyətli dəyişikliklərin olacağı gözlənilir.

Qurmanın sözlərinə görə Apple-ın iOS 18 ilə gətirəcəyi yeniliklər haqqında dəqiq məlumat hələlik aydın deyil. Bununla belə, Qurman iOS 18-in əvvəlki illərdə edilən adi yeniləmələrdən kənara çıxa biləcəyini qeyd edib. iOS 7 ilə başlayan radikal dəyişikliklərin ardından iOS 16-dan bu yana dizayn baxımından böyük bir təkamül göstərməyən Apple iOS 18 ilə istifadəçilərinə əhəmiyyətli xüsusiyyətlər və dizayn dəyişiklikləri təqdim etməyi hədəfləyir.

Qurmanın nitqində aşağıdakı ifadələr yer alırdı: "Apple 2024-cü ildə çıxaracağı versiya üçün daha çətin bir peoseslə üz üzədir. Bu vaxta qədərki iOS-a edilən sadə yeniləmələrdən sonra iPhone və iPad proqram təminatının növbəti versiyası nisbətən yeniliklərlə dolu ola bilər. Apple-ın yüksək səviyyəli rəhbərliyi əhəmiyyətli yeni funksiyalar və dizaynlar, eləcə də təhlükəsizlik və performans təkmilləşdirmələri ilə yeni əməliyyat sistemlərini “iddialı və maraqlı” olaraq adlandırıb”.

Apple hər il WWDC tədbirində istifadəçilərə iOS versiyasını təqdim edir. iOS 18-in 2024-cü ilin sentyabrında keçirilməsi gözlənilən WWDC tədbirində təqdim edilməsi planlaşdırılır. Lakin bu tarixə qədər Apple-ın planlarında hər hansı dəyişikliyin olub-olmayacağı hələlik bəlli deyil.

© copyright 2022 | tech.az | info@tech.az