Az | EN

iPhone 15 istifadəçiləri smartfondan narazılıq edir

Səbinə Eyvazova
28 Sentyabr 2023 17:21
389 baxış
iPhone 15 istifadəçiləri smartfondan narazılıq edir

iPhone 15 modelləri həddindən artıq istiləşmə problemləri ilə gündəmə gəlib.

İstifadəçilər iPhone 15 Pro-nun istifadədən sonra həddindən artıq qızdığını bildirirlər. Problemin səbəbi kimi dizayn səhvləri göstərilir.

iPhone 15 Pro sahibləri yeni smartfonlarının temperaturlarını yoxlayanda olduqca təəccübləniblər. Bəzi istifadəçilər telefonların 42 dərəcədən çox qızdığını qeyd ediblər. Üstəlik, bu istilik intensiv istifadədən sonra deyil, sadə əməliyyatlardan sonra baş verir.

Sənaye mütəxəssisləri, həddindən artıq istiləşmənin "daha yüngül çəki əldə etmək üçün istilik sisteminin dizaynında kompromis" olduğunu irəli sürüblər. 

© copyright 2022 | tech.az | info@tech.az