Az | EN

iPhone 15 Pro hansı xüsusiyyətlərə malik olacaq?

Nail Valiyev
04 Sentyabr 2023 15:06
590 baxış
iPhone 15 Pro hansı xüsusiyyətlərə malik olacaq?

Bildiyimiz kimi, Apple-ın iPhone 15 Pro-nu təqdim etməsinə sayılı günlər qalıb. Daha əvvəl sızdırılan məlumatlarda iPhone 15 Pro haqqında müəyyən məlumatları sizə çatdırmışdıq. 

Gəlin yeni modeldə əsas hansı xüsusiyyətlər olacağını ümumi şəkildə nəzərdən keçirək.

iPhone 15 Pro-nun xüsusiyyətləri aşağıdakılardır:

  • Yeni A17 Bionic Prosessor: Daha yüksək performans vəd edən bu prosessor iPhone 15 Pro-da istifadə olunacaq.
  • Titan Çərçivə: Apple Watch modellərində olduğu kimi yeni telefonda titan çərçivədən istifadə olunacaq.
  • İncə Ekran Çərçivələri: Bu ultra nazik çərçivə dizaynı olacaq. iPhone 15 Pro modelləri yalnız 1,55 mm qalınlığında çərçivə ilə təchiz ediləcək.
  • Fast USB Type-C: iPhone 15 Pro modelləri ən azı USB 3.2 və ya Thunderbolt 3 dəstəyi ilə USB-C portu ilə təchiz olunacaq.
  • Wi-Fi 6E: Daha sürətli simsiz internet dəstəklənəcək.
  • 8 GB RAM: Daha yüksək performans üçün RAM tutumu artırılacaq.
  • Proqramlaşdırıla bilən tapşırıq düyməsi: iPhone 15 ilə telefonların səsini söndürmək üçün yeni düymədən istifadə ediləcəyi bildirilir. İstifadəçilər bu düyməyə müxtəlif tapşırıqlar təyin edə biləcəklər.
  • Optik Zoom: Periskop telefoto obyektivi sayəsində daha yaxından çəkilişlər mümkün olacaq.
  • Təkmilləşdirilmiş LiDAR Sensorları: iPhone 15 Pro modellərində süni reallıq tətbiqləri və gecə rejimində fotoşəkillər üçün daha yaxşı 3D skanlama performansı təklif edən Sony imzalı LiDAR sensorunun olması gözlənilir.
  • Sürətli doldurma: USB Type-C portu ilə yanaşı, iPhone 15 Pro modellərində sürətli enerji doldurma dəstəyi də təklif olunacaq.
© copyright 2022 | tech.az | info@tech.az