Az | EN

iPhone 15 Pro Max-ın adının dəyişdiriləcəyi iddia olunur

Nail Valiyev
22 Avqust 2023 12:54
326 baxış
iPhone 15 Pro Max-ın adının dəyişdiriləcəyi iddia olunur

Apple-ın bu yaxınlarda satışa çıxaracağı yeni model iPhone 15 Pro Max üçün maraqlı iddia irəli sürülüb. Bu iddiada qarşıdan gələn modelin adının "iPhone 15 Ultra" olaraq dəyişdiriləcəyi bildirilir. Bu söz-söhbət daha əvvəl AirPods Pro sızması ilə bağlı dəqiq proqnozları ilə tanınan resurs Endryu O'Hara tərəfindən səsləndirilib. 

Andrew O'Hara sənayedə Mark Qurman və ya Ming-Chi Kuo qədər məşhur olmasa da, onun keçmiş uğurlu sızıntıları diqqəti cəlb edib. Xüsusilə, ikinci nəsil AirPods Pro-nun detalları düzgün şəkildə sızdırması bu yeni iddianın diqqətdən kənarda qalmamalı olduğunu göstərir. Sentyabr ayında təqdimatda Apple-ın bununla bağlı hansı qərarı verəcəyini və yeni modelin adının necə olacağını səbirsizliklə gözləyirik.

© copyright 2022 | tech.az | info@tech.az