Az | EN

iPhone 15 Pro-nun həddindən artıq istiləşməsi problemi həll edilib

Səbinə Eyvazova
05 Oktyabr 2023 11:29
297 baxış
iPhone 15 Pro-nun həddindən artıq istiləşməsi problemi həll edilib

iPhone 15 istifadəçilərinin səbirsizliklə gözlədiyi yeniləmə yayımlanıb. Apple xüsusilə iPhone 15 Pro modellərində həddindən artıq qızma problemini aradan qaldıran iOS 17.0.3 yeniləməsini hərkəs üçün əlçatan edib.

Apple iPhone 15 Pro-nun həddindən artıq qızma problemininin olduğunu etiraf edərək açıqlamasında problemin titan dizaynı ilə heç bir əlaqəsi olmadığını, ancaq üçüncü tərəf proqramları ilə birlikdə iOS 17-dəki səhvdən qaynaqlandığını qeyd edib. iOS 17.0.3 yeniləməsi ilə bu problemin həll ediləcəyi bildirilib. Yeniləmə qeydlərinə adi vacib səhv düzəlişləri və təhlükəsizlik yeniləmələri, eləcə də iPhone-un gözləniləndən daha isti işləməsinə səbəb olan problemin həlli daxildir.

© copyright 2022 | tech.az | info@tech.az