Az | EN

LG öz televizorlarına NFT dəstəyi gətirəcək

Bənövşə Kazımova
nft
21 İyul 2022 13:30
202 baxış
LG öz televizorlarına NFT dəstəyi gətirəcək

LG yeni TV proqramında NFT-ni dəstəkləmək üçün ticarət nişanı ərizəsi təqdim edib.

Xüsusilə, keçən il çox populyarlaşan NFT layihəsi sayəsində vizual və ya video satışlardan milyonlarla dollar gəlir əldə edilir.

Daha əvvəl NFT üçün yeni bir addım atan Samsung şirkəti bu il çıxaracağı smart televizorlarında NFT xüsusiyyətini təqdim etməyə başlayacağını bildirmişdi. İndi isə LG NFT də bu layihəyə başlayır. Qeyd olunub ki, artıq LG NFT ilə bağlə ticatət  nişanı üçün ərizəylə  müraciət edib. 

Amerika Birləşmiş Ştatları Patent və Ticarət Nişanları İdarəsinə (USPTO) verilən ərizəyə əsasən, LG həmçinin metaverse-də elektron pul mübadiləsi üçün elektron pul kisəsi ödəniş xidmətləri və proqram təminatı təqdim etməyi də planlaşdırır.

© copyright 2022 | tech.az | info@tech.az