Az | EN

LimeWire NFT platforması üçün Universal Music Group ilə əməkdaşlığa başlayır

Səbinə Eyvazova
nft
19 May 2022 13:30
206 baxış
LimeWire NFT platforması üçün Universal Music Group ilə əməkdaşlığa başlayır

Algorand əsaslı NFT platformasını təqdim edən LimeWire Universal Music Group ilə razılığa gəlib. Bu, sənətçilərə LimeWire vasitəsilə NFT-lərini yayımlamağa imkan verəcək.

2000-ci illərin populyar musiqi platformalarından biri olan LimeWire mart ayında Algorand əsaslı, musiqi mərkəzli NFT platformasını işə salacağını elan etmişdi. İndi Universal Music Group ilə müqavilə imzalayan şirkət bir çox sənətçiyə LimeWire NFT platforması vasitəsilə rəqəmsal kolleksiyaları nəşr etməyə imkan verəcək. Onu da qeyd edək ki, Universal Music Group heyətində Teylor Svift, Kendrik Lamar, Roling Stons, U2, BTS, Kris Steplton, The Weeknd, Abba və Elton Con kimi dünyaca məşhur sənətçilər var.

Sözügedən müqaviləyə əsasən, bu sənətçilər istəklərinə uyğun olaraq, LimeWire vasitəsilə NFT-ləri yayımlaya biləcəklər. Bunu da əlavə edək ki, Aprel ayında LimeWire Kraken Ventures, Arrington Capital və GSR-nin rəhbərlik etdiyi token satışında 

© copyright 2022 | tech.az | info@tech.az