Az | EN

Mastercard NFT dizaynlı kredit kartları hazırlayıb

Bənövşə Kazımova
nft
28 Sentyabr 2022 12:58
291 baxış
Mastercard NFT dizaynlı kredit kartları hazırlayıb

Mastercard NFT və blokçeyn sektoruna maraq göstərən şirkətlərdən biridir. Kripto sektorunda investisiyalar və texnoloji infrastruktur addımları atan şirkət bu dəfə daha əyləncə yönümlü addım atıb.

İstifadəçilər öz NFT-lərinin dizaynlarını kredit kartlarının ön hissəsinə əlavə edə biləcəklər. Şirkət NFT dizaynlı kartlar üçün Hi adlı bir şirkətlə əməkdaşlıq da edib. Bu barədə məlumatı Mastercard-ın Kripto və Fintech üzrə vitse-prezidenti Kristian Ra açıqlamasında qeyd edib.

Bildirilir ki, hazırda kartlarda Bored Ape və Moonsbirds NFT-ləri dəstəklənir. Yaxın zamanda NFT sayının artması ilə bağlı məlumatlar hələ ki yoxdur. Bundan əlavə, bu kartlarla alış-verişi kriptovalyutalar ilə də etmək mümkündür. Onu da qeyd etmək lazımdır ki, həmin ödəniş yerləri Mastercard-a uyğun olmalı və kriptovalyutanı qəbul etməlidir.

© copyright 2022 | tech.az | info@tech.az