Az | EN

Meta Horizon Worlds metaverse platformasını Avropada təqdim edəcək

Bənövşə Kazımova
15 İyun 2022 13:30
303 baxış
Meta Horizon Worlds metaverse platformasını Avropada təqdim edəcək

Metaverse və NFT-lərin yayılması ilə bir çox şirkət bu texnologiyada özlərinə yer tapmağa başlaıb. Metaverse deyildikdə ilk ağla gələn şirkətlərdən biri olan Meta metaverse üzərindəki işlərini genişləndirməyə davam edir.

Meta Horizon Worlds adlı metaverse platformasını artıq Avropada istifadəyə verəcək. Bildirilir ki, Horizon Worlds yaxın həftələrdə İngiltərə, Şotlandiya, İrlandiya və Şimali İrlandiyadakı istifadəçilər üçün əlçatan olacaq. Həmçinin platforma indiyə qədər yalnız ABŞ və Kanadada 18 yaşdan yuxarı istifadəçilər üçün əlçatan idi.

Bundan əlavə Meta həmçinin verdiyi açıqlamada platformasına “Səs rejimi” adlı yeni bir funksiya əlavə etdiyini də qeyd edib. Sözügedən yeni funksiya ilə Horizon istifadəçiləri dost siyahısında olmayan insanları necə eşidəcəklərini özləri seçə biləcəklər. Bundan əlavə, platformada bəzi söhbətləri səssizləşdirmək mümkün olacaq.

© copyright 2022 | tech.az | info@tech.az