Az | EN

“Meta” şirkəti ABŞ və Böyük Britaniya universitetlərinə müraciət edib

Röya Yusifbəyli
12 Noyabr 2024 18:43
147 baxış
“Meta” şirkəti ABŞ və Böyük Britaniya universitetlərinə müraciət edib

Təhsildə virtual reallığın (VR) yaradılması üzrə davam edən səylərin bir hissəsi olaraq, “Meta” ABŞ və Böyük Britaniyadakı bir sıra universitetlərlə yeni tərəfdaşlığa başlayıb. Yeni “Təhsil üçün Meta”(Meta for Education) beta layihəsi çərçivəsində şirkət 13 təhsil müəssisəsi ilə əməkdaşlıq edəcək və həmin müəssisələr VR-ın ilkin versiyasını əldə edə biləcəklər.  Şirkət bildirib ki təhsil işçiləri üçün elm, tibb, tarix, dilçilik sahələri üzrə interaktiv və cəlbedici məzmunu kəşf etmələrini asanlaşdırmaq istəyir.

Layihənin rəsmi təqdimatından əvvəl gələcəkdə universitetlərə ilkin olaraq VR və qarışıq reallıq (XR) prototiplərini sinifdə sınaqdan keçirmək tapşırılacaq. Layihədə bu universitetlər iştirak edəcək: Arizona Dövlət Universiteti, Hyuston İcma Kolleci, London İmperial Kolleci, Mayami Deyd Kolleci, Morhaus Kolleci, Nyu Meksiko Dövlət Universiteti, San Dieqo Dövlət Universiteti, Savanna İncəsənət və Dizayn Kolleci, Qlazqo Universiteti, Ayova Universiteti, Lids Universiteti, Mayami Universiteti və Miçiqan Universiteti.

Meta bildirib ki, Lids Universitetində artıq tamaşa və teatr üzrə “immersiv dərslər” başlayıb. Bu arada İspaniyada yerləşən Bask Ölkəsi Universiteti 2025-ci ilin fevral ayından etibarən fizioterapiya və anatomiya üçün VR texnologiyası ilə dərslər tədris edəcək. Hannover Universiteti isə növbəti tədris ilindən başlayaraq immersiv dərslər təklif edəcək.

 

© copyright 2022 | tech.az | info@tech.az