Az | EN

Metaverse 4 milyard dollar zərər edib

Səbinə Eyvazova
28 Aprel 2023 13:34
206 baxış
Metaverse 4 milyard dollar zərər edib

Meta şirkəti 2023-cü ilin ilk rübünün hesabatlarını açıqlayıb. Hesabata görə, Meta-nın ən çox istifadə edilən Instagram, Facebook və WhatsApp platformaları 28,6 milyard dollar gəlir əldə edib.

Lakin, açıqlanan maliyyə hesabatına görə, Metaverse investisiyasından məsul olan Reality Labs şirkəti 4 milyard dollar zərər edib. Mütəxəssislər 2023-cü ildə dəymiş ziyanın miqdarının artmağa davam edəcəyini düşünürlər

Meta şirkətinin rəhbəri və Facebook-un qurucusu Mark Zukerberq mövzu ilə bağlı açıqlama verib.  Çıxışında süni intellektin əhəmiyyətini vurğulayan Mark Zukerberq Metaverse-in populyarlığını qoruduğunu bildirib.   O əlavə edib ki, ekspertlərin dediklərinin əksinə 2023-cü ildə şirkətin gəlirliliyi artacaq.

Hesabatlar göstərir ki, ötən ildən etibarən Metaverse-də qeydiyyatdan keçən istifadəçilərin sayı artsa da, aktiv istifadəçilərin sayı azalıb.  Beləliklə, Metaverse getdikcə populyarlığını itirir.  Əlavə olaraq qeyd edək ki, ötən ilin şirkət 13,7 milyard dollar zərər edib.

 

© copyright 2022 | tech.az | info@tech.az