Az | EN

Minecraft NFT istifadəsini qadağan edib

Səbinə Eyvazova
nft
21 İyul 2022 13:30
223 baxış
Minecraft NFT istifadəsini qadağan edib

Minecraft-ın studiyası olan Mojang Studios bu gün Minecraft və NFT ilə bağlı bir açıqlama verib.

Mojang Studios Minecraft serverlərində NFT istifadəsini tamamilə qadağan etdiyini bildirib. Xatırladaq ki, Minecraft-da Mojang Studios tərəfindən birbaşa təmin edilən heç bir NFT dəstəyi yox idi.

Lakin onun oyununun şəxsi serverlərinə blokçeyn inteqrasiyası və NFT-lər daxildir. Bu vəziyyəti dəyişdirmək üçün vacib bir qərar qəbul edən Mojang Studios platforması serverləri daxilində blokçeyn inteqrasiyasını və NFT-ləri tamamilə qadağan edib. 

Bu qərarın ən böyük səbəbi Minecraft-ın oyunçu bazasının daha çox uşaq və gənclərdən ibarət olmasıdır. Bu qərarla Minecraft oyunçuları üçün daha təhlükəsiz mühit təmin etməyi hədəfləyir. Minecraft tərəfindən edilən açıqlamalara görə, oyundakı personajlar, dünyalar və ya kostyumlar heç bir halda NFT layihələrində istifadə edilə bilməz.

Mojang Studios həmçinin öz bəyanatlarında NFT-lərin Minecraft dəyərlərinə zidd olan rəqəmsal qıtlığı və istisnaları təşviq etdiyini və buna görə də qadağan edildiyini bildirib. Hal-hazırda platformasına blokçeyn inteqrasiyası əlavə etmək planının olmadığını ifadə edən Mojang Studios-un gələcəkdə hansı addımlar atacağı ilə bağlı heç bir məlumat yoxdur.

© copyright 2022 | tech.az | info@tech.az