Az | EN

NFT bazarında satışlar azalmağa davam edir

Bənövşə Kazımova
nft
01 Sentyabr 2022 10:07
265 baxış
NFT bazarında satışlar azalmağa davam edir

Keçən il çox populyarlaşan bu texnologiya sayəsində vizual və ya video satışlardan milyonlarla dollar gəlir əldə edilirdi. İndi isə bu sahə üzrə kəskin şəkildə azalma baş verir.

NFT satışları kütləvi enişdən sonra illik minimuma düşüb. NFT-lərin orta gündəlik satışları 2022-ci ilin iyun ayında təxminən 19 minə qədər azalıb.  Keçən ilin avqust və noyabr ayları arasında ən yüksək NFT satışları 200.000-dən yuxarı idi.

Məlumat üçün onu da vurğulayaq ki, ən böyük NFT bazarı olan OpenSea-da vəziyyət yaxşı deyil. Xüsusilə, Yuga Labs-ın Otherdeeds NFT satışlarını etdiyi may ayının əvvəlində gündəlik 405 milyon dollara çatan OpenSea bu gün 99 faiz zərərlə gündəlik 5 milyon dollarlıq satış həcminə sahibdir. Təbii ki, OpenSea-nın aktiv istifadəçilərinin və satışlarının sayının azalması da buna ciddi təsir göstərir.

 

© copyright 2022 | tech.az | info@tech.az