Az | EN

NFT satışları son 9 ayda 97 faiz azalıb

Səbinə Eyvazova
nft
29 Sentyabr 2022 12:54
247 baxış
NFT satışları son 9 ayda 97 faiz azalıb

NFT satışlarının həcmi illik minimuma düşüb.

Keçən ilin avqust və noyabr ayları arasında ən yüksək nöqtədə NFT satışları ümumiyyətlə 200.000-dən yuxarı idi. Daha sonra isə NFT-lərin orta gündəlik satışları 2022-ci ilin iyun ayında təxminən 19.000-ə düşmüşdü. Dune Analytics NFT satışı ilə bağlı son statiskanı açıqlayıb. Statistikanın nəticələrinə əsasən NFT-lərin satış həcminin bu ilin yanvar və sentyabr ayları arasında 17 milyard dollardan 466 milyon dollara düşdüyü məlum olub.

Belə ki, OpenSea, NFTX, LarvaLabs, LooksRare, SuperRare, Rarible və Foundation kimi aparıcı NFT platformalarından əldə olunan məlumatlar NFT satışlarının son 9 ayda 97 faiz azaldığını göstərib.

Qeyd edək ki, ən böyük NFT bazarı olan OpenSea-də satışlar yaxşı vəziyyətdə deyil. Xüsusilə, Yuga Labs-ın Otherdeeds NFT satışlarını etdiyi may ayının əvvəlində gündəlik 405 milyon dollara çatan OpenSea bu gün 99 faiz zərərlə gündəlik 5 milyon dollarlıq satış həcminə sahibdir. Platformanın aktiv istifadəçilərinin və satışlarının sayının azalması da buna ciddi təsir göstərir. Bundan əlavə, OpenSea-nın həmtəsisçisi və baş direktoru Devin Finzer ötən aylarda verdiyi açıqlamada işçilərinin 20 faizinin işdən çıxarıldığını açıqlayıb.

© copyright 2022 | tech.az | info@tech.az