Az | EN

Nüsrətin tviti NFT olaraq 6 min dollara satılıb

Bənövşə Kazımova
nft
21 Aprel 2022 13:30
212 baxış
Nüsrətin tviti NFT olaraq 6 min dollara satılıb

Son günlər məşhur insanların sosial mediada etdiyi paylaşımların NFT olaraq satıldığını görürük. İndi isə Nüsrət məxsus tvitin minlərlə dollara satıldığı bildirilir. Deyə bilərik ki, bu qeyri-adi virtual aktivləri çox vaxt çox dəyişkən məbləğlərə almaq olar. Məsələn, keçən il türk əsilli iş adamı Sina Estavi platformanın Twitter-in qurucusu və keçmiş icraçı direktoru Cek Dorsinin tvit etdiyi ilk tvitini düz 2,9 milyon dollara NFT olaraq almış və bu, ən çox satılanlardan biri olmuşdu. İndi isə bir müddət sosial mediada 'saf bae' trendini başlatan məşhur fenomen və ət restoranları şəbəkəsinin sahibi Nusretin illər əvvəl atdığı tviti NFT olaraq satıldığı bildirilir. Metaverse Daily adlı Twitter hesabından verilən məlumata görə, Nüsrətin 2017-ci ildə "Osmanlı biftek" adlı tvitini NFT olaraq 6 min dollara, yəni 86 min türk lirəsinə satılıb. Nüsretin tvitinin kimin satın aldığı isə hələlik məlum deyil.

© copyright 2022 | tech.az | info@tech.az