1. Adeptia
$65 mln yatırım alan Adeptia biznes müəssisələrinə biznes proseslərini və məlumat axınını avtomatlaşdıran platforma təklif edir.
2. Rain
Rain işçilərə tətbiq vasitəsilə öz maaşlarına nəzarət etməyə və maaşın bir hissəsini erkən əldə etməyə imkan verir. Startap ötən həftə $66 mln investisiya əldə edib.
3. Cognito Therapeutics
Mərkəzi sinir sistemi xəstəlikləri üçün innovativ müalicə üsulları üzərində işləyən startap $73 mln yatırım əldə edib.
4. Artera
Ötən həftə $90 mln investisiya alan Artera xərçəng xəstələri üçün süni intellekt əsaslı müalicə üsulları hazırlayır.
5. Flare Therapeutics
BioTech sahəsində fəaliyyət göstərən startap xərçəng xəstəliyinin müalicəsi üçün terapiyalar təklif edir. Startap $123 mln yatırım alıb.
6. Amogy
$139 mln investisiya əldə edən Amogy bərpa olunan yanacaq kimi ammonyakdan istifadə edən innovativ təmiz enerji sistemi təklif edir.
7. Character.ai
İstifadəçilərə personajlar yaratmağa, eləcə də onlarla söhbət etməyə imkan verən proqramlar hazırlayan startap $150 mln yatırım alıb.
8. Gravie
Ötən həftə $179 mln investisiya əldə edən startap müxtəlif müəssisələrə broker və sığorta xidmətləri göstərir.