Az | EN

Pearson nəşriyyatı təhsillə bağlı kitabları NFT olaraq satacaq

Bənövşə Kazımova
nft
04 Avqust 2022 13:30
304 baxış
Pearson nəşriyyatı təhsillə bağlı kitabları NFT olaraq satacaq

Pearson nəşriyyatı ikinci əl satışdan gəlir əldə edərək kitabları NFT kimi satmağı planlaşdırır.

Bu yaxınlarda  6 aylıq balans hesabatını açıqlayan şirkət NFT kitab satışları vasitəsilə gəlirlərini artıra biləcəyini bildirib. Pearson şirkətinin baş direktoru Endi Börd-ün sözlərinə görə, rəqəmsal dərsliklərin NFT kimi satılması nəşriyyata kitabın sahibini izləməyə imkan verəcək. O, kitabın 7 dəfə təkrar satıla biləcəyini, lakin şirkətin yalnız ilk satışdan qazanc əldə edə bildiyini bildirib. Börd həmçinin açıqlamasında blokçeyn texnologiyası və NFT ilə şirkətin hər kitabın satışından pay ala biləcəyini də vurğulayıb.

2020-ci ildə Pearson-a qoşulan Endi Börd indiyə qədər şirkətin rəqəmsal kursunun qrafikində mühüm rol oynayıb. Keçən il şirkət tələbələrə ayda 14,99 dollara 1500 mövzuya giriş imkanı verən Pearson+ abunə proqramını işə salıb.

Onu da qeyd edək ki, Pearson-un bu sahədəki fəaliyyətinin digər tanınmış şirkətlərin də bu mövzuda addım atmasına səbəb olacağı gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az