Az | EN

"Benchmarking" nədir?

Bənövşə Kazımova
06 Aprel 2023 11:33
3770 baxış
"Benchmarking" nədir?

Startaplar üçün uğur meyarlarını müəyyən etmək və onların fəaliyyətinə nəzarət etmək çox vacibdir. Bu məqsədlə startaplar rəqiblərinin performansını müqayisə yolu ilə ölçə bilərlər. Bençmarkinq bir startapın (və ya hər hansısa bir şirkət ) öz fəaliyyətini sənaye standartlarına uyğun olaraq ölçmək və qiymətləndirmək üçün istifadə edilən bir prosesdir. 

Bu ifadə startapın məhsulunun, xidmətinin digər sahənin fəaliyyətində, istehsalın ən yaxşısı hesab olunan digər startapla müqayisəsi və yaxud qiymətləndirilməsi kimi başa düşülür. Biznesdə və marketinqdə bu üsul hər hansı bir işin nə dərəcədə effektiv, səmərəli və ya uğurlu olduğunu öyrənmək məqsədilə həyata keçirilir. Həmçinin startaplara rəqibləri ilə müqayisə etməyə imkan verir və beləliklə, onlara rəqabət üstünlüyü əldə etməyə kömək edir. 

Startaplar müqayisə etmək üçün müxtəlif üsullardan istifadə edə bilər. Məsələn, startap rəqiblərinin qiymət strategiyalarını və bazar paylarını təhlil edərək öz fəaliyyətini ölçə bilər. Onlar həmçinin müştəri məmnuniyyəti kimi kritik performans göstəricilərini izləməklə rəqiblərinə nisbətən necə performans göstərdiklərini ölçə bilərlər.

Bir sözlə, Bençmarkinqin tətbiqi eyni sektorda uğurlu strategiyaları ilə bazarda tanınmış digər startapın inkişaf strategiyalarını ölçərək, səmərəli hesab edilənlərin öz startapına tətbiq etməkdən ibarətdir. Bununla belə, müqayisə apararkən diqqətli olmaq çox vacibdir. Çünki rəqiblərin uğurunu ölçmək üçün yalnız öz kriteriyalarınızdan istifadə etmək tam nəticəni təqdim etməyə bilər. 

Müqayisə zamanı rəqiblərin niyə üstün olduğunu başa düşmək də vacibdir. Bu yolla startaplar rəqiblərinin strategiyalarını anlayaraq öz strategiyalarını inkişaf etdirə bilərlər. Yekun olaraq qeyd edək ki, müqayisə startapların fəaliyyətinin ölçülməsi və təkmilləşdirilməsi üçün effektiv vasitədir. Bununla belə, bunu düzgün metodlardan istifadə etməklə və rəqiblərin performansını anlamağa çalışmaq lazımdır.

© copyright 2022 | tech.az | info@tech.az