Az | EN

Reddit yeni NFT layihəsini təqdim edib

Bənövşə Kazımova
nft
08 İyul 2022 13:30
220 baxış
Reddit yeni NFT layihəsini təqdim edib

Son zamanlar bir çox böyük şirkətlər NFT ilə bağlı müxtəlif layihələr hazırlayırlar. İndi də bu şirkətlər sırasına  Reddit qoşulub. Məlumatlara görə, Reddit NFT əsaslı avatar bazarını işə salacaq. Bu avatar bazarı istifadəçilərə sabit ödəniş müqabilində blokçeyn əsaslı profil şəkillərini almağa imkan verəcək.

Şirkət həmçinin açıqlamasında NFT əsaslı avatarları almaq üçün kripto pul kisəsinə ehtiyac olmadığını, kredit və ya debet kartının kifayət edəcəyini bildirib. İstifadəçilər öz avatarlarını saxlamaq üçün Reddit-in öz pul kisəsi Vault-dan istifadə edə bilərlər.

Onu da bildirək ki, istifadəçilər məhdud sayda NFT-lərdən birini aldıqda müəyyən hüquqlara və Reddit-də, həmçinin başqa yerlərdə NFT-lərini istifadə etmək üçün lisenziyaya sahib olacaqlar.

© copyright 2022 | tech.az | info@tech.az