Az | EN

Spotify-ın NFT funksiyasının ilk təfərrüatları məlum olub

Bənövşə Kazımova
nft
17 May 2022 13:30
172 baxış
Spotify-ın NFT funksiyasının ilk təfərrüatları məlum olub

Spotify sənətçilərə NFT kolleksiyalarını öz profillərində tanıtmağa imkan verəcək. Belə ki, sənətçilər  öz Spotify profillərində ən son mahnılarını, pleylistlərini, konsert biletlərini yayımlaya biləcəklər.

Əldə olunan məlumatlara görə, Spotify ilk olaraq Steve Aoki və The Wombats-ın profillərində NFT funksiyasını aktivləşdirib. Bununla belə, funksiya yalnız ABŞ-da bəzi Android istifadəçiləri üçün əlçatandır. Digər ölkələrdə isə NFT-lərin nə vaxt satışa çıxarılacağı məlum deyil. Onu da əlavə edək ki, NFT-lərə profil səhifələrində sadəcə baxmaq mümkündür, birbaşa proqram daxilində satın alına bilməz. Belə ki, NFT sahibləri öz kolleksiyalarını profillərindən OpenSea kimi NFT bazarlarına yönləndirə biləcəklər.  Spotify isə NFT satışından heç bir komissiya almayacaq.

© copyright 2022 | tech.az | info@tech.az