Az | EN

Starbucks-dan NFT addımı!

Səbinə Eyvazova
nft
05 May 2022 13:30
191 baxış
Starbucks-dan NFT addımı!

Starbaks təcrübə və üstünlüklər təmin edən NFT-lər təklif etmək istəyir. Keçən ay Starbaks-ın CEO-su Howard Schultz NFT dünyasına addım atacaqlarını qeyd etmişdi. Son hesabatlar göstərir ki, Starbaks artıq bu addımı atır. Dünyanın ən məşhur qəhvə məkanlarından biri olan Starbucks NFT planlarını reallaşdırmağa başlayıb. Ev və iş arasında bir yer olan "Üçüncü yer" konsepti çərçivəsində NFT kolleksiyalarından bəhs edən Starbaks, müştərilərinə NFT satmaqla bəzi üstünlüklər qazanmağı planlayır. Həmçinin, bunun vasitəsilə alışlarda endirimlərin tətbiq oluna biləcəyi də düşünülür. Starbaks Baş Marketinq Direktoru Brady Brewer belə söyləyib: “Starbucks icması ekoloji cəhətdən davamlı Web3 platformaları haqqında məlumatlı seçimlər edir. Bu icma Starbaks brendini daha da gücləndirəcək, tərəfdaşlarımızı cəlb edəcək və biznesimizə töhfə verəcək”. Starbaks-ın hesabatlarında yer alan açıqlamaya görə, "Starbucks Digital Community Web3" bu il mövcud olacaq. Şirkət NFT-lərin mobil sifariş, mağazada WiFi və Starbaks Mükafatları proqramı kimi texnoloji dəstəkli təşəbbüslərin davamının da olacağını bildirib. Starbaks-ın NFT üçün böyük planları olsa da, investorlar bununla razılaşmır. Wall Street Journal, NFT bazarının "dağıldığını" iddia edərək, satışların sentyabr ayının zirvəsi ilə müqayisədə 92 faiz azaldığını qeyd edib.

© copyright 2022 | tech.az | info@tech.az