Az | EN

Starbucks Web3 əsaslı "Rewards" tətbiqini təqdim edəcək

Səbinə Eyvazova
nft
05 Avqust 2022 13:30
268 baxış
Starbucks Web3 əsaslı "Rewards" tətbiqini təqdim edəcək

Starbucks gələn ay qəhvə temalı NFT-ləri özündə birləşdirən Web3 startapını təqdim etməyə hazırlaşır. NFT-lər rəqəmsal kolleksiyalardan daha çox sahiblərinə xüsusi məzmun və bəzi üstünlüklər verəcək.

Starbucks-ın baş direktoru Hovard Şultz şirkətin daha çox müştəri cəlb etmək və saxlamaq üçün yeni Web3 mükafat proqramı başlatmaq istədiyini bildirib. Web3 sektoruna daxil olacağını açıqlayan Starbucks NFT-lərlə gələn xüsusi məzmun və üstünlükləri müştərilərinə də təqdim etməyi hədəfləyir. Şirkət həmçinin NFT kolleksiyaları ilə iş mühitini daha da genişləndirəcəyinə ümid edir. NFT-lərin hansı şəbəkə üzərində qurulacağı kimi təfərrüatlar isə hələlik aydın deyil.

Baş direktor onu da qeyd edib ki, bu startap həm mükafat, həm də Starbucks Rewards ekosisteminə NFT-ləri olan bir cəmiyyət yaratmaq məqsədi daşıyır. Bu addımla şirkət gənc müştəri bazasını genişləndirmək istəyir.  Bildirək ki, yeni Web3 startapının təfərrüatları  sentyabrın 13-də ABŞ-ın Sietl şəhərində keçirilən illik "İnvestor Günü" tədbirində  açıqlanacaq.

© copyright 2022 | tech.az | info@tech.az