Az | EN

Starbucks yeni NFT platformasını təqdim edib

Bənövşə Kazımova
nft
13 Sentyabr 2022 10:29
233 baxış
Starbucks yeni NFT platformasını təqdim edib

Keçən aylarda öz NFT-lərini təqdim edəcəyini və Web 3.0 texnologiyasına sərmayə qoyacağını açıqlayan Starbucks NFT ilə bağlı layihəsini rəsmi olaraq təqdim edib. "Starbucks Odyssey" adlı və ilin sonunda istifadə edilməsi planlaşdırılan yeni layihə istifadəçilərə bir çox yeni imkanlar və təcrübələr təqdim edəcək. Yeni proqramla Starbucks bütün müştərilərini əhatə edən Web3 icması yaratmaq istəyir.

Starbucks-ın yeni layihəsi mövcud Starbucks Rewards proqramını NFT platforması ilə birləşdirəcək. İstifadəçilər bu platforma vasitəsilə qəhvə və ya NFT alış-veriş edərkən hədiyyələr qazana biləcəklər.

Platformaya daxil olmaq istəyən istifadəçilər plaforma əlçatan olduqdan sonra şirkətin internet saytı ilə öz hesablarına daxil olmalıdırlar. Şirkətin açıqlamasına görə, NFT əsaslı kolleksiyaları toplamaq üçün heç bir kripto pul kisəsi və ya kriptovalyuta tələb olunmayacaq. Rəqəmsal məhsullar Starbucks hesabında saxlanılacaq.

Bununla belə, proqram vasitəsilə veriləcək NFT əsaslı kolleksiyaların nə ilə bağlı olacağı məlum deyil. Amma ehtimal edilir ki, NFT-lər endirimlərlə, eləcə də Starbucks-ın ortaq olduğu sənətçilərlə iş birliyilə bağlı olacaq.

© copyright 2022 | tech.az | info@tech.az