Az | EN

Stiv Cobsun imzaladığı iPad hərracda rekord qiymətə satışa çıxarılıb

Səbinə Eyvazova
15 Sentyabr 2023 16:52
316 baxış
Stiv Cobsun imzaladığı iPad hərracda rekord qiymətə satışa çıxarılıb

Apple-ın qurucusu Stiv Cobsun imzası olan iPad hərraca çıxarılıb.

Cobs tərəfindən 2011-ci ildə imzalanmış iPad-in rekord qiymətə satılacağı gözlənilir. Planşet Cobs tərəfindən 2010-cu ildə diş müalicəsi qarşılığında Havaylı diş həkimi Frank H. Sayreyə hədiyyə edilib. Lakin Sayre Cobs-a planşetin pulunu ödəmək üçün çek göndərəndə Cobs bu təklifi rədd edib və iPad-i şəxsi hədiyyə olaraq göndərib. Cobs bu iPad-i 2011-ci ildə ölümündən bir müddət əvvəl imzalayıb.

Hərracda indiyədək ən yüksək təklif 11 794 dollar olaraq qeydə alınıb və sentyabrın 23-də başa çatacaq hərracda qiymətin daha da yüksələcəyi təxmin edilir. Qalib imzalı iPad, həmçinin onun orijinal qutusu və digər aksesuarlarına sahib olacaq. 

© copyright 2022 | tech.az | info@tech.az