Az | EN

Tencent NFT satışını dayandırır

Bənövşə Kazımova
nft
17 Avqust 2022 17:13
264 baxış
Tencent NFT satışını dayandırır

Son zamanlar bir çox şirkətlər müxtəlif səbəblərdən öz fəaliyyətlərini dayandırmağa başlayıblar.

Bu dəfə Çin texnologiya şirkəti Tencent NFT platforması Huanhe-nin fəaliyyətini dayandırıb. Qeyd edək ki, Tencent daha əvvəl də NFT platforması Huanhe-ni bağlayacağını açıqlamışdı. 

Şirkət keçən avqustun əvvəlində rəsmi olaraq istifadəyə verilmiş Huanhe-nin artıq yeni NFT-ləri istifadəçilərə təqdim etməyəcəyini bildirib. Bununla belə, Tencent qeyd edib ki, mövcud kolleksiyaçılar pulu saxlaya, nümayiş etdirə və ya geri qaytarma tələb edə biləcəklər.

© copyright 2022 | tech.az | info@tech.az