Az | EN

Yaxta NFT-si alana real yaxta veriləcək

Bənövşə Kazımova
nft
23 Aprel 2022 13:30
956 baxış
Yaxta NFT-si alana real yaxta veriləcək

Metaverse yaxta şirkəti Cyber ​​​​Yachts dünyanın ən bahalı NFT-ni açıqlayıb. Bu NFT-yə sahib olan şəxsin əsl yaxtası da olacaq. Dünyanın ilk metaverse yaxta şirkəti Cyber ​​​​Yachts, "Indah" ​​adlı meqa yaxta NFT-sini dünyanın ən bahalı NFT olaraq satışa çıxaracağını bildirib. Verilən açıqlamada NFT-nin qiyməti 400 milyon dollar olduğu qeyd olunub. Bunu da bildirək ki, yaxta NFT-dən əlavə dünyanın lüks yaxta gəmisi dizaynerlərindən biri olan Lukasz Opalinski tərəfindən inşa ediləcək. Əldə olunan məlumatlara görə, NFT-nin sahibi olan şəxs dizayn əsasında real dünyada tam şəkildə inşa edilmiş 120 metr uzunluğundakı meqayaxtaya sahib olacaq. NFT-ni almaq istəyənlər müxtəlif kriptovalyutalar sayəsində NFT ala biləcəklər.

© copyright 2022 | tech.az | info@tech.az