Az | EN

Livanda peycerlərin eyni anda partlaması: hadisənin əsl səbəbi nədir?

Cəmil Hüseynzadə
18 Sentyabr 2024 14:11
885 baxış
Livanda peycerlərin eyni anda partlaması: hadisənin əsl səbəbi nədir?

Ötən gün Livanda baş verən hadisə bütün dünyada rezonans doğurdu. Belə ki, bütün peycer istifadəçilərinin cihazları eyni anda partladı. Məsələ ilə bağlı müxtəlif iddialar səsləndirildi. Peycerlər yenidən gündəmə gəldi.

Bəs peycer nədir?

Peycer mobil telefonların yayğın olmadığı dönəmdə istifadə edilən mesajlaşma cihazıdır. Mesajlar ona peyjinq şəbəkəsinin radio ötürücüsindən ötürülür. Peycerə mesaj və ya məktub göndərmək üçün adətən operatorun telefon nömrəsini yığmaq, abunəçinin nömrəsini və ya adını vermək və mesajı diktə etmək lazımdır. Bu cihazlar izlənilmə baxımından mobil telefonlardan daha etibarlı hesab edilir. 

Motorola Teletrim əslində 1990-cı illərdə geniş istifadə edilən rəqəmli peycerdir. Bu cihaz istifadəçilərə qısa mətn və ya rəqəmsal mesajlar almağa imkan verir. Mobil telefonların hələ geniş yayılmadığı bir dövrdə peycerlər ünsiyyət üçün mühüm vasitə idi. Üçüncü dünya ölkələrində hələ də istifadə olunur.

Kiberhücum yoxsa fiziki müdaxilə?

Dünənki hadisəylə bağlı bir çox versiyalar səsləndirilib. Bəzi şəxslər hesab edirlər ki, partlayışın əsas səbəbi kiberhücumdur. Belə ki, onlar 3-cü tərəflər cihaza uzaqdan müdaxilə edərək cihazın batareyasının süni yolla qızdırıldığını və nəticədə partlayışın baş verdiyini bildirirlər. Ekspertlər isə bu fikirlə razı deyillər. Onlar cihazlara fiziki müdaxilənin olduğunu düşünürlər. 

Niyə fiziki müdaxilə?

Bu peycerlər gündəlik istifadə edilən AA 1.5v və ya AAA batareyaları ilə işləyir. Bu batareyaların alışıb yanması və ya partlaması üçün isə yüksək gərginlik, qeyri-adi şərait və ya həddindən artıq yükənmə lazımdır. Kiçik ölçülü bu peycerlərdə isə bunun baş verməsi, mümkün hal deyil.

Ekspertlərin yərində qeyd edilir ki, cihazlar xarici müdaxilə olmadan partlaya bilməz, çünki onlar yalnız bir AA 1.5v və ya AAA batareya ilə işləyirlər. Tərkibində başqa partlayıcı və tez alışan maddələr yoxdur. Bu o deməkdir ki, qurğulara partlayıcı maddə yerləşdirilib. Yaxud batareyalar məhsulla birlikdə gəlibsə, onlar daxil ola bilər.

Bu halla bağlı hələ ki, heç bir rəsmi araşdırmanın nəticəsi paylaşılmayıb.

© copyright 2022 | tech.az | info@tech.az