1. Phantom AI - $37 mln investisiya əldə edən startap avtonom idarəetmə texnologiyaları üzərində çalışır.
2. Freeform - 3D printer texnologiyaları üzərində çalışan Freeform ötən həftə $45 mln investisiya alıb.
3. Portside - $50 mln yatırım alan startap fərdi və korporativ təyyarə sahibləri üçün təyyarə məlumatlarının idarə olumması üçün analitik platforma təklif edir.
4. Jokr - Ərzaq çatdırılma xidməti təklif edən Jokr ötən həftə $50 mln investisiya əldə edib.
5. Clearsense - $50 mln yatırım alan startap səhiyyə müəssisələrinə məlumatların idarə olunması və analitikası üçün proqram təminatı həlləri təklif edir.
6. Colossal Biosciences - Nəsli kəsilməkdə olan heyvanların genetikası üzərində araşdırmalar aparan Colossal Biosciences $150 mln investisiya əldə edib.
7. Our Next Energy - $300 mln yatırım alan startap elektrikli nəqliyyat vasitələri üçün batareya texnologiyaları üzərində çalışır.
8. Anthropic - Geniş miqyaslı süni intellekt sistemlərinin təhlükəsizliyini təmin etmək üçün tədqiqatlar aparan startap $300 mln investisiya alıb.