Az | EN

Ötən həftə ən çox investisiya alan startaplar

Bənövşə Kazımova
20 Fevral 2023 10:28
1840 baxış
Ötən həftə ən çox investisiya alan startaplar

1. Descope - $53 mln investisiya əldə edən Descope müxtəlif tətbiqlər üçün autentifikasiya və parolsuz texnologiyalar təklif edir.

2. NanoGraf - Yüksək keyfiyyətli batareya məhsulları istehsal edən startap $65 mln investisiya alıb.

3. Hexagon Bio - Ötən həftə $77 mln yatırım alan Hexagon Bio molekulyar terapiyalar üçün dərmanlar hazırlayır.

4. Via - Via sərnişinlərə marşrut xəttini tapmağa və istifadə etməyə kömək edən proqram təminatı üzərində çalışır. Startap $110 mln investisiya əldə edib.

5. Juniper Square - $133 mln yatırım alan Juniper Square daşınmaz əmlak, vençur kapitalı kimi bəzi müəssisələrə investisiya idarəetmə platforması təklif edir.

6. Deepwatch - Müəssisələrə şəbəkələrin kiber təhlükəsizliyini qorumaq üçün bulud əsaslı platforma təklif edən startap $180 mln investisiya alıb.

7. SandboxAQ - $500 mln yatırım alan SandboxAQ müxtəlif sahələrdən olan müəssisələr üçün süni intellekt və kvant hesablama həlləri hazırlayır.

8. Dreamscape - Daşınmaz əmlak sektoru üzrə ixtisaslaşan Dreamscape $850 mln investisiya əldə edib.

© copyright 2022 | tech.az | info@tech.az